
Davitaşvili: ABŞ-nin xarici siyasəti Gürcüstanla iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır
ABŞ-nin xarici siyasəti Gürcüstanla iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır.
InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili bildirib.
O deyib ki, ABŞ-nin yeni xarici siyasəti daha çox iqtisadi maraqlara əsaslanır və bu yanaşma Gürcüstan üçün rasional və məqbul hesab olunur.
“Bu, əməkdaşlığımızın daha səmərəli və dərin olmasına şərait yaradan ilkin şərtdir”, – Davitaşvili qeyd edib.
Onun sözlərinə görə, görüşlər zamanı Gürcüstan tərəfi ABŞ ilə yeni çərçivə memorandumunun imzalanması təşəbbüsü ilə çıxış edib. Sənədin əsas məqsədi iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və yeni istiqamətlərin müəyyən edilməsidir.
“Buraya mövcud məhsulların ticarəti ilə yanaşı, ticarət dövriyyəsinin artırılması, "Orta Dəhliz"dən daha səmərəli istifadə, eləcə də texnologiya və innovasiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi daxildir”, – nazir vurğulayıb.