29 
Apr
2025
12:30
187

Çiaturada 4 etirazçı saxlanılıb

Çiaturada bu gün səhər saatlarında etiraz aksiyasının 4 iştirakçısı saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə mədən işçisi Tariel Mikatsadze məlumat yayıb.

Onun bildirdiyinə görə, saxlanmadan öncə qarşıdurma baş verib. Mikatsadzenin sözlərinə görə, Şukrutidəki mədən direktoru etirazçıları “sürüdəki mal-qara” adlandırıb, bu da aksiyanın iştirakçılarını qəzəbləndirib.

“Etirazın 4 iştirakçısı saxlanıldı. Onlardan 3-nü polislər aclıq aksiyası keçirilən çadırdan apardılar, birini isə evindən. Rəsmi səbəb hələ açıqlanmayıb. Mənim ehtimalıma görə, dünən Şukrutidə mədən rəhbərliyi ilə etirazçılar arasında insident yaşandı. Direktor etirazçılara ‘sürüdəki mal-qara’ dedi. Bundan sonra fiziki qarşıdurma oldu. Polis məsələ ilə bağlı istintaqa başladı. Etiraz isə bu dəqiqələrdə də davam edir”, – deyə Mikatsadze bildirib.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin 118-ci maddəsi ilə – sağlamlığa qəsdən yüngül xəsarət yetirmə ittihamı irəli sürülüb.

Bizimlə əlaqə saxlayın