16 
Avq
2026
13:09
59

Külli miqdarda narkotiklə bağlı xarici ölkə vətəndaşı saxlanılıb

Batumidə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanması və satışına yardım etməkdə ittiham olunan xarici ölkə vətəndaşı saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, polis əməkdaşları Batumidə saxlanılan şəxsin üzərində və yaşadığı mənzildə axtarış aparıb. Axtarış zamanı maddi sübut kimi xüsusilə külli miqdarda narkotik vasitə, o cümlədən satış üçün qablaşdırılmış 50 paket “metadon” aşkarlanaraq götürülüb.

Bundan əlavə, narkotik vasitələrin qablaşdırılmasında istifadə olunan materiallar da müsadirə edilib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260⁴-cü maddələri ilə aparılır. Sözügedən maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın