02 
May
2025
16:19
359

TikTok 530 milyon avro cərimələnib

TikTok şirkətinə 530 milyon avro məbləğində cərimə tətbiq olunub. Səbəb isə avropalı istifadəçilərin şəxsi məlumatlarının Çinə qanunsuz ötürülməsi və istifadəçilərə kifayət qədər şəffaf məlumatın təqdim olunmaması olub.

InterPress.ge xəbər verir ki, bu barədə İrlandiya Məlumatların Qorunması Komissiyası məlumat yayıb.

Tənzimləyici qurumun açıqlamasına görə, TikTok istifadəçilərin şəxsi məlumatlarına Çin qanunlarının təsirini adekvat qiymətləndirə bilməyib. Şirkət istintaq zamanı etiraf edib ki, Çin qanunvericiliyi – hökumətə şirkətlərdən məlumat tələb etmək hüququ verən normativlər – Avropa İttifaqının standartlarından əhəmiyyətli dərəcədə fərqlənir.

Komissiyanın bildirdiyinə görə, TikTok 2020-2022-ci illər arasında istifadəçilərə şəxsi məlumatların Çinə ötürülməsi barədə məlumat verməyib, bununla da şəffaflıq qaydalarını pozub.

Qərara əsasən, şirkətə 485 milyon avro məlumatların ötürülməsi qaydalarının pozulmasına görə, əlavə 45 milyon avro isə məxfilik siyasətində şəffaflığın olmamasına görə cərimə kəsilib.

TikTok isə İrlandiya Məlumatların Qorunması Komissiyasının qərarları ilə kəskin şəkildə razı olmadığını bildirib və apellyasiya şikayəti verməyi planlaşdırdığını açıqlayıb.

Bizimlə əlaqə saxlayın