
Lentexidə torpap sürüşməsi baş verib
Bu gün səhər saatlarında Lentexi-Lasdili yolunun 91-ci kilometrində, Babil kəndi yaxınlığında torpaq sürüşməsi baş verib.
InterPress.ge xəbər verir ki, bu barədə Lentexi Bələdiyyəsi məlumat yayıb.
Hadisə nəticəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilib.
“Hadisə zamanı xəsarət alan olmayıb. Əraziyə ağır texnika cəlb olunub, yolun təmizlənməsi işləri aparılır. Hadisə yerində Lentexi Bələdiyyəsinin meri Gia Oniani, Mərkəzi Avtomobil Departamentinin və yerli özünüidarəetmə nümayəndələri iştirak edirlər. Yolun nəqliyyat üçün açılması qısa zamanda təmin ediləcək,” – deyə bələdiyyənin açıqlamasında bildirilib.
Eyni zamanda, sürüşmədə bir avtomobilin qaldığı bildirilib. Avtomobildə iki sərnişin olub, lakin onların hər ikisi maşından çıxa bilib və xəsarət almayıb.