.jpg)
Xüsusi İstintaq Xidməti məhbusun ölümü ilə bağlı araşdırmalara başlayıb
Xüsusi İstintaq Xidməti 46 yaşlı Ioseb Gorqadzenin “Vivamed” klinikasında vəfat etməsi ilə bağlı araşdırmalara başlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Xüsudi İstintaq Xidməti məlumat yayıb.
Qurumun verdiyi məlumata görə, araşdırma Cinayət Məcəlləsinin 342-ci maddəsinin ikinci hissəsi ilə aparılır, bu maddə insanın ölümünə səbəb olan xidməti laqeydliyi nəzərdə tutur.
Penitensiar Xidmətdən hadisə ilə bağlı hələlik şərh verilməyib.
Məhbusun ölüm xəbəri Gorqadzenin vəkili Muxran Qurtskaya tərəfindən verilib. Onun sözlərinə görə, Gorqadze yanvar ayında Qldani Penitensiar Müəssisə №8-dən “Vivamed” klinikasına xəsarətlərlə aparılıb.
Vəkilin iddiasına görə, Gorqadze həbsxanada ölümcül döyülüb və işgəncəyə məruz qalıb, lakin onun sözlərinə görə, zorakılığı kimin törətdiyi məlum deyil.
Muxran Qurtskayanın bildirdiyinə görə, məhbusun üzündə təxminən 30-a yaxın qırıq və beyin ödemi aşkarlanıb.
Qeyd edək ki, Ioseb Gorqadze yol-nəqliyyat hadisəsi ilə bağlı həbs qətimkan tədbiri altında idi. Həmin qəza nəticəsində 4 nəfər həyatını itirib.