21 
Fev
2020
14:03
953

Gürcüstanın Xarici İşlər Nazirliyi Gürcüstana dəstək üçün təşəkkür edir

"Gürcüstanın suverenliyinə dəstək bəyanatlarını dünən 20 ölkə verdi və keçən ilin oktyabr ayında, Rusiya tərəfindən həyata keçirilən təhlükəli aktı qınadı".

InterPress.ge xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Vladimer Konstanidi bildirib.

Gürcüstanın Xarici İşlər Nazirliyi Beynəlxalq Həmdostluğa təşəkkür edir.

“Biz beynəlxalq həmdostluğa təcili reaksiyanın verilməsi üçün müraciət etdik və buna tez zamanda, sərt və eyni zamanda adekvat reaksiya verildi. Beynəlxalq həmdostluğa yenə bir daha təşəkkür edirik və yenə bir daha əmin olduq ki, bu ağır çağırışlarla mübarizədə Gürcüstan yalnız deyil” – dedi Konstanidi.

Konstanidinin dediyinə görə, qeyd olunan kiberhücum Gürcüstanın suverenliyinə qarşı törədilən bir akt kimi hesab edilir.

Bizimlə əlaqə saxlayın