
İnsan alveri ittihamı ilə bağlı bir nəfər saxlanılıb
Əvvəllər müxtəlif cinayətlərdə təqsirli bilinən 1993-cü il təvəllüdlü M.F. insan alveri ittihamı ilə saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Hakimin hökmü ilə həyata keçirilən istintaq-əməliyyat tədbirləri, o cümlədən məxfi istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs maddi qazanc əldə etmək məqsədilə psixoloji zorakılıq və hədə-qorxu ilə 1963-cü il təvəllüdlü L.K.-nı müəyyən ödəniş müqabilində müxtəlif şəxslərlə cinsi əlaqədə olmağa məcbur edib. İstintaq zamanı məlum olub ki, müttəhim bu yolla əldə etdiyi pulun bir hissəsini mənimsəyib. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 1-ci hissəsi ilə istintaq aparılır", - məlumatda deyilir.
Cinayət 12 ilə qədər həbslə cəzalandırılır.