11 
May
2025
17:30
247

Marneulidə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

10 may 2025-ci il tarixində, Marneuli Mədəniyyət Evində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycan Konstitusiyasının müəllifi Ümummilli Lider Heydər Əliyev - 102 il” mövzulu tədbir keçirilib.

InterPress.ge xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, ictimaiyyət və gənclər iştirak ediblər.

Tədbir Tea House-ın nəzdində faliyyət göstərən azyaşlıların "Gürcü dili Oxu Kubu"nun üzvlərinin Gürcüstan və Azərbaycan dövlət himnlərinin oxunması ilə başlayıb. Tədbiri giriş sözü ilə Azərbaycanın Gürcüstandakı Fövqəladə və Səlahiyyətli səfiri Faiq Quliyev açaraq Ulu Öndərin həyatı, fəaliyyəti, quruculuq işləri və s. haqda ətraflı danışıb. Tədbirdə çıxış edən Marneuli meri Kənan Ömərov Heydər Əliyevin Gürcüstan və Azərbaycan əlaqələrinin inkişafəna verdiyi töhflərdən və rolundan, "İnkişaf və Təhsil Mərkəzi"nin direktoru Emin Əhmədov tədbirin önəmindən, gənclərin məlumatlanması, tədbirdə iştiraklarının vacibliyi və növbəti illərdə həyata keçiriləcək fəaliyyətlərdən danışıb. Daha sonra gənc istedad, müğənni Şaban Məmmədov, İamze Caxeli, Marneuli Mədəniyyət Mərkəzinin musiqi kursu üzvü Nino Oloşvili gürcü və azərbaycan dillərində ifalar ediblər. Tədbirdə həmçinin Tea House-ın nəzdində fəaliyyət göstərən "Buta" rəqs ansamblının gürcü və azərbaycan milli rəqsləri təqdim olunub. 

Tədbir çərçivəsində, gənclərin təhsil, mədəniyyət və idman sahələrində inkişafına verdikləri töhfələrə görə müxtəlif mərkəz və təhsil ocaqlarının rəhbərləri təltif olunub, uğur qazanmış gənclərə diplomlar təqdim olunub, eləcə də 2024-cü il ərzində "Tea House"da kursları uğurla başa vurmuş 102 nəfər iştirakçıya sertifikatlar təqdim olunub. Tədbirin yekununda həmin gənclər tərəfindən havaya 102 ədəd şar buraxılıb. Tədbirin aparıcılığı Arzu Əliyeva tərəfindən edilib.

Tədbir Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyi və “İnkişaf və Təhsil Mərkəzi”nin təşkilatçılığı ilə həyata keçirilib.

Bizimlə əlaqə saxlayın