Barda baş verən qətl hadisəsi ilə bağlı iki nəfər saxlanılıb
“Ratis Bar”da baş verən qətl hadisəsi ilə bağlı iki nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bununla bağlı DİN məlumat verib.
1989-cu il təvəllüdlü, əvvəllər müxtəlif ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirli bilinən İ.Q. qəsdən adam öldürmə, 1980-ci il təvəllüdlü R.P. isə xüsusilə ağır cinayət barədə məlumat verməmək ittihamı ilə saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərdən biri 2006-cı il təvəllüdlü A.Ş.-yə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. R.P. isə qətlin şahidi olsa da, cinayət barədə polisə məlumat verməyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 108 və 376-cı maddələri ilə araşdırma aparılır.
Cinayət 15 ilə qədər həbslə cəzalandırılır.


