
Ukrayna vətəndaşı Gürcüstanda külli miqdarda narkotik maddə ilə saxlanılıb
Acarıstan Polis Departamentinin Xelvaçauri rayon bölməsinin əməkdaşları 2002-ci il təvəllüdlü Ukrayna vətəndaşı O.S.-ni külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanması və satışına cəhddə şübhəli bilinərək saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Rəsmi məlumata əsasən, əməl 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.
Araşdırma zamanı polis əməkdaşları saxlanılan şəxsin üzərindən və müvəqqəti yaşadığı evdən, həmçinin onun göstərdiyi müxtəlif ünvanlardan “metadon” adlı külli miqdarda narkotik vasitə aşkarlayıb və maddi sübut kimi götürüb. Narkotiklər konfet kağızlarına bükülərək satış üçün müxtəlif yerlərə yerləşdirilmişdi.
Həmin evdə keçirilən axtarış zamanı, həmçinin narkotik maddələrin qablaşdırılması üçün istifadə olunan materiallar və elektron tərəzilər də maddi sübut kimi götürülüb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 19-260-cı maddələrinin “tertsia” bəndi üzrə davam edir.