Bolnisidə Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Bolnisi bələdiyyəsinin Naxiduri kəndində yerləşən Naxiduri İcma Mərkəzində Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
InterPress.ge xəbər verir ki, tədbirdə Naxiduri İctimai Məktəbinin şagirdləri və müəllimləri iştirak ediblər.
Mərasim icma mərkəzinin direktoru, məktəbin gürcü dili müəlliməsi Çinarə Nəbiyevanın təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.
Çinarə Nəbiyeva tədbirdə çıxış edərək qeyd edib ki, bu cür tədbirlər şagirdlərin şəxsiyyət kimi formalaşmasında və milli dəyərlərə hörmət edən vətəndaş kimi yetişməsində mühüm rol oynayır. Onun sözlərinə görə, şagirdlər belə tədbirlər vasitəsilə öz dövlətlərinin tarixini daha dərindən mənimsəyir, vətənə, bayrağa və müstəqilliyə olan sevgiləri daha da güclənir.
Tədbir zamanı şagirdlər Gürcüstanın dövlət himnini oxuyub, vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Həmçinin Gürcüstanın müstəqillik tarixinə dair təqdimatlarla çıxış edərək iştirakçılara əlamətdar günün əhəmiyyətini bir daha xatırladıblar. Tədbir şagirdlərin milli ruh və vətən sevgisi ilə yoğrulmuş çıxışları ilə yekunlaşıb.


