31 
May
2025
21:52
162

Parlamentin yaxınlığında etiraz aksiyası davam edir

Rustaveli prospektində etiraz aksiyası yenidən başlayıb.

InterPress.ge xəbər verir ki, Gürcüstan parlamentinin yaxınlığında toplaşan vətəndaşlar yolu bağlayıblar.

Nümayişçilər “Rəhv olsun çürümüş Rusiya imperiyası”, “Rejimin məhbuslarına azadlıq” və s. şüarlar səsləndirirlər. Aksiya iştirakçıları müxtəlif mövzularda və Gürcüstan və Avropa İttifaqının bayraqları olan pankartlar gətiriblər.

Etiraz zamanı həbs olunanların ailə üzvləri də hadisə yerindədir. Onlar Rustaveli prospektində əyləşərək məhbusların fotolarını düzüblər. Onlar etiraz əlaməti olaraq gecəni bu şəkildə keçirməyi planlaşdırdıqlarını bildirirlər.

Rustavelidəki aksiyaya daha sonra İctimai Yayımçının keçmiş binası qarşısına toplaşan vətəndaşlar da qoşulacaq.

Davamlı etirazların 184-cü günündə də nümayişçilərin tələbləri dəyişməz olaraq qalır - yeni seçkilərin təyin edilməsi və etirazlar zamanı saxlanılanların azad edilməsi.

Bizimlə əlaqə saxlayın