
İrakli Kobaxidze - Ortamüddətli perspektivdə Gürcüstan hökumətinin əsas vəzifəsi ölkə iqtisadiyyatının Aİ üzvlüyünə hazırlığını təmin etməkdir
"Aİ üzvlüyünə namizəd ölkə statusunun qəbulundan sonra Gürcüstan hökumətinin ortamüddətli perspektivdə əsas vəzifəsi ölkə iqtisadiyyatının Aİ-yə üzvlük üçün hazırlığını təmin etmək olaraq qalır"
InterPress.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Kobaxidzenin illik məruzəsində deyilir.
Sənəddə qeyd olunur ki, Gürcüstan Avropa İttifaqına namizəd ölkə kimi Avropa Komissiyasının Aİ üzvlüyünə namizəd ölkələr üçün hazırladığı metodologiyaya uyğun olaraq bu dəfə 2025−2027-ci illər üçün ikinci “İqtisadi İslahat Proqramı” hazırlayıb.
Hökumətin məlumatına görə, proqram Gürcüstan hökumətinin 15 yanvar 2025-ci il tarixli 31 nömrəli qərarı ilə təsdiq edilib və Avropa Komissiyasına təqdim edilib.
"Yuxarıda qeyd olunan sənəd namizəd ölkələr üçün orta müddətli xərclərin planlaşdırılması alətidir", - sənəddə deyilir.