02 
Iyn
2025
21:35
512

Yuxarı Saral kəndinə uşaqlar üçün maarifləndirici tədbir keçirilib

1 iyun 2025-ci il tarixində, Uşaqların Beynəlxalq Müdafiəsi Günündə "Parlaq Gələcək Gənclər Mərkəzi" və "SİMART" Platformasının birgə təşkilatçılığı ilə "Nağıl gecələri" adlı layihə çərçivəsində Marneuli munisipalitetinin Yuxarı Saral kəndində fəaliyyət göstərən "SARAL İnkişaf və Təhsil Mərkəzi"ndə uşaqlar üçün maarifləndirici tədbir keçirilib.

InterPress.ge xəbər verir ki,  tədbirdə çıxış edən "Parlaq Gələcək Gənclər Mərkəzi"nin rəhbəri Araz Musayev balacalara mütaliənin insanın gələcək inkişafı üçün nə qədər vacib olduğunu vurğulayıb və onunla birgə Maya Əhmədova və Filiz Abdullayeva Yuxarı Saral kəndinə səfər edərək uşaqlar üçün könüllü şəkildə "Nağıl Günü” tədbirində işdirak ediblər.

Tədbir zamanı uşaqlara maraqlı nağıl təqdim olunub, nağılın sonunda isə Maya Əhmədova uşaqlarla izlənilən “Mustafanın buludu” adlı nağılından sual-cavab keçirərək onların diqqətini və anlama səviyyəsini yoxlayıb. Bu təşəbbüs uşaqlarda həm dinləmə, həm düşünmə bacarıqlarının inkişafına töhfə verib və onlarda oxumağa olan marağı artırıb. 

Daha sonra "SİMART" Platformasının təqdim etdiyi "Mustafanın buludu" adlı animasiya filmi izlənilib. Animasiyanı izlədikdən sonra uşaqlar mövzuya aid sualları cavablandırıblar.

Tədbirin sonunda, hər bir iştirakçıya "SİMART" layihəsinin "İçərişəhərin Sirli Sakini" kitabı hədiyyə olunub.

Tədbirdə "SARAL İnkişaf və Təhsil Mərkəzi"nin 24 nəfər azyaşlı üzvləri iştirak edib.

Layihənin məqsədi, uşaqların yaradıcı düşüncə bacarıqlarının formalaşmasına dəstək olmaq və mənəvi dəyərləri özündə cəmləməyə imkan yaratmaqdır.

Bizimlə əlaqə saxlayın