03 
Iyn
2025
20:08
257

Zurabişvili ilə Aİ Şurasının Prezidenti arasında telefon danışığı olub

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili ilə Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta arasında telefon danışığı olub.

InterPress.ge xəbər verir ki, Salome Zurabişvili Avropa Şurasının prezidenti ilə söhbətindən sonra özünün X səhifəsində məlumat paylaşıb.

Prezident bildirib ki, o, Antonio Kosta ilə Gürcüstandakı fəlakətli demokratik reqressiyanı və “Gürcü arzusunun marionet rejimi vasitəsilə” Rusiyanın hibrid strategiyasını müzakirə edib.

“[Mən] Avropa Şurasının prezidenti Antonio Kosta ilə Gürcüstandakı fəlakətli demokratik geriləmə, Rusiyanın “Gürcü arzusu” marionet rejimi vasitəsilə nəzarəti ələ keçirməyə yönəlmiş hibrid strategiyası, həmçinin Aİ-nin Qara dəniz və Qafqaz üzrə strategiyasına təsirləri barədə mühüm söhbətim olub”, - Zurabişvili yazıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər