Rustaveli prospektində etiraz aksiyası keçirilir
Rustaveli prospektində etiraz aksiyası keçirilir.
InterPress.ge xəbər verir ki, etirazçılar prospektin iki hissəsində: Parlamentin qarşısında və Rustaveli Teatrının qarşısında yolu bağlayıblar.
Rustaveli prospektində nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılıb.
Aksiyaya İctimai Yayımçının qarşısında davam edən etiraz aksiyasının iştirakçıları da qoşulub.
Nümayişçilər “Həmrəylik dayanmayacaq” , “Rejimin məhbuslarına azadlıq” şüarları səsləndirirlər.
Aksiya iştirakçıları müxtəlif məzmunlu bannerlər, Gürcüstan və Avropa İttifaqının bayraqlarını gətiriblər.
Davamlı etirazların 189-cu günündə də nümayişçilərin tələbləri dəyişməz olaraq qalır - yeni seçkilərin təyin edilməsi və etirazlar zamanı saxlanılanların azad edilməsi.


