08 
Iyl
2025
11:04
399

Baş verən mübahisə bıçaqlanma ilə nəticələndi - Bir vətəndaş və bir polis bıçaqlandı

Kaxeti Polis İdarəsinin əməkdaşları isti izlərlə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirlərinin nəticəsində 1999-cu il təvəllüdlü N.R.-ni iki nəfərin ağır bədən xəsarəti almasına səbəb olan hücumda şübhəli bilərək saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Rəsmi məlumata görə, Qvarelidə baş verən mübahisə zəminində N.R. 1984-cü il təvəllüdlü R.M.-ə soyuq silahla çoxsaylı bədən xəsarətləri yetirib. Hadisəyə şahid olan və münaqişəni sakitləşdirməyə çalışan Kaxeti Polis İdarəsinin detektivlər şöbəsinin əməkdaşı, 1983-cü il təvəllüdlü E.M. də N.R. tərəfindən bıçaqlanıb.

Yaralılar xəstəxanaya çatdırılıb və onlara müvafiq tibbi yardım göstərilib. Polis hadisə zamanı istifadə olunan bıçağı maddi sübut kimi götürüb.

Cinayət Məcəlləsinin 117-ci maddəsinin 3-cü hissəsi ilə – iki nəfərə qəsdən ağır bədən xəsarəti yetirmə faktı üzrə istintaq aparılır. Bu maddə 13 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər