11 
Iyl
2025
11:58
269

Telavi məhkəməsində bəraət qazanmış şəxsin bəraət hökmü ləğv edilərək həbs olundu

Gürcüstanın Ali Məhkəməsi prokurorluğun şikayətini tam təmin edib və qəsdən adam öldürməyə cəhd ittihamı ilə Telavi Rayon və Tbilisi Apellyasiya Məhkəmələrinin bəraət hökmünü ləğv edərək təqsirləndirilən şəxsi günahkar hesab edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

Prokurorluğun yaydığı məlumata görə, ittiham tərəfinin təqdim etdiyi sübutlarla müəyyən olunub ki, 2023-cü il 30 aprel tarixində Telavi bələdiyyəsinin Vardisubani kəndində təqsirləndirilən şəxs qisas almaq motivi ilə zərərçəkəni qəsdən öldürmək məqsədilə bıçaqla həyati təhlükəli xəsarətlər yetirib. Təcili tibbi müdaxilə nəticəsində zərərçəkənin həyatı xilas edilib.

Hadisəni törətmiş şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 19, 108-ci maddəsi (qəsdən adam öldürməyə cəhd) ilə ittiham irəli sürülmüşdü. Telavi Rayon Məhkəməsi həmin şəxsi bəraətə layiq görmüşdü və bu qərarı Tbilisi Apellyasiya Məhkəməsi də qüvvədə saxlamışdı.

Prokurorluq isə hökmü Ali Məhkəməyə şikayət etmişdi. Nəticədə Ali Məhkəmə şikayəti tam təmin edərək təqsirləndirilən şəxsə 11 il azadlıqdan məhrumetmə cəzası təyin edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər