14 
Avq
2025
12:57
864

Münaqişə qanlı hadisəyə çevrildi - Bir nəfər bıçaqlanraq öldürüldü

 

Kaxetiya Polis Departamentinin əməkdaşları isti izlərlə keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qəsdən adam öldürməkdə təqsirləndirilən, 2004-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş E.Q.-nu saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Rəsmi məlumata əsasən, hadisə Saqareco bələdiyyəsinin İormuğanlo kəndində baş verib. İstintaq müəyyən edib ki, keçmişdə mövcud olan münaqişə zəminində yaranan mübahisə zamanı şübhəli şəxs 1999-cu il təvəllüdlü Q.M.-yə soyuq silahla sinə nahiyəsindən ölümcül xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Yaralı gənc xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Polis keçirdiyi istintaq tədbirləri nəticəsində şübhəlini qısa müddətdə saxlayıb. Hadisə zamanı istifadə olunan bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) üzrə istintaq aparılır. Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər