06 
Sen
2025
14:11
281

Tbilisidə bıçaqlanma: bir nəfər saxlanıldı

Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən, 1984-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş L.Q.-nu saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, mübahisə zəminində L.Q. soyuq silahdan istifadə etməklə, 1976-cı il təvəllüdlü V.Q.-nu qarın nahiyəsindən yaralayıb və hadisə yerindən qaçıb. Yaralı kişi xəstəxanaya yerləşdirilib.

Polis L.Q.-nu isti izlərlə saxlayıb, hadisə zamanı istifadə olunan bıçaq isə maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə istintaq aparılır. Bu maddə 4 ildən 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər