07 
Sen
2025
22:33
316

Mixail Ğavelaşvili futbol üzrə Gürcüstan milli komandasını qələbə münasibətilə təbrik edib

Mixail Ğavelaşvili futbol üzrə Gürcüstan milli komandasını qələbə münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Gürcüstan millisinin futbolçuları ilə görüşdə Mixeil Ğavelaşvili onların hər birinə təşəkkür edərək bildirib ki, gürcü futbolçular bugünkü oyunu ilə Gürcüstan yığmasının güclü və məsuliyyətli qüvvə olduğunu bir daha sübut ediblər.

"Bu gün Gürcüstanın günü idi. Basketbolçular bizi çox sevindirdilər, Fransaya qarşı möhtəşəm oyunda qalib gəldilər və tarixi nəticə əldə etdilər. Siz bir daha sübut etdiniz ki, siz çox güclü, böyük komandasınız və hər kəsin hesablaşacağı qüvvəsiniz. Bu fədakarlığa görə bir daha hər biriniz çox sağ olun. Siz tribunalarda baş verənləri görürsünüz və bilirsiniz ki, bütün Gürcüstan sizin yanınızdadır", - Mixeil Ğavelaşvili Gürcüstan milli komandasının futbolçuları ilə görüşü zamanı deyib.

Mixeil Ğavelaşvili baş nazir İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili, Tbilisi meri Kaxa Kaladze, hökumətin icra və qanunvericilik qollarının nümayəndələri ilə birlikdə Gürcüstan-Bolqarıstan futbol matçına qatılıb.

Bizimlə əlaqə saxlayın