15 
Okt
2025
12:43
786

Bu şəxlərə ölkədən çıxışına qadağa qoyulacaq – qanun layihəsi komitədə birinci oxunuşda təsdiqləndi

Gürcüstan Parlamentinin Hüquq Məsələləri Komitəsi maliyyə və iqtisadi cinayətlərə görə məhkum olunmuş şəxslərin ölkədən çıxışına qadağa qoyulmasını nəzərdə tutan yeni qanun layihəsini birinci oxunuşda və təcili qaydada dəstəkləyib.

Komitə sədrinin birinci müavini Tornike Çeişvili bildirib ki, dəyişikliklərə əsasən, məhkumun ölkədən çıxışına qadağa artıq məhkəmə hökmü ilə deyil, birbaşa (imperativ qaydada) tətbiq ediləcək, əgər bu qərarın verilməsi üçün üç əsas şərt mövcuddursa.

Çeişvilinin sözlərinə görə, həmin şərtlər bunlardır:

• Şəxs maliyyə və ya iqtisadi cinayətlərdə təqsirli bilinməlidir, o cümlədən – dələduzluq, hədə-qorxu yolu ilə pul tələb etmə, mənimsəmə, israfçılıq, əmlakın zədələnməsi və ya məhv edilməsi, əmlakın gizlədilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə və s.

• Şəxs Gürcüstan vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs olmalıdır.

• Zərərçəkmiş şəxs kompensasiya ödənilməsi üçün yazılı şəkildə icazə verməmiş olmalıdır ki, məhkum ölkəni tərk edə bilsin.

Yeni mexanizmə əsasən, ölkədən çıxış qadağasının icrası üçün İcra Xidməti məsələ barədə Daxili İşlər Nazirliyini məlumatlandıracaq. Həmçinin, məlumat Cinayətlərin Qarşısının Alınması, Probasiya və Qeyri-Həbs Cəzalarının İcrası üzrə Milli Agentliyə göndəriləcək. Bu qurum elektron nəzarət sistemləri vasitəsilə məhkumun ölkəni tərk etməməsini təmin edəcək.

Maliyyə cinayətinə görə məhkum olunmuş şəxsin ölkədən çıxışına qoyulan qadağa yalnız iki halda aradan qalxacaq:

• məhkum zərəri tam şəkildə ödəmişsə və bu fakt notariat qaydasında təsdiqlənmiş sənədlə sübut olunubsa;

• zərərçəkmiş şəxs kompensasiyadan könüllü şəkildə imtina edibsə.

Qanun layihəsinin təşəbbüskarları hakim “Gürcü Arzusu” partiyasının deputatlarıdır.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər