Baço Axalaia: “Milli Hərəkatçı olmağımla fəxr edirəm və hansı ‘minuslardan’ danışıldığını bilmirəm”
“Vahid Milli Hərəkat” hakimiyyəti dövründə müdafiə naziri olmuş Baço Axalaianın həyat yoldaşı Ani Nadareişvili sosial şəbəkədə Axalaianın saxlanılmasından iki gün əvvəl çəkilmiş videosunu paylaşıb.
Videomüraciətdə Baço Axalaia “Milli Hərəkatçı” olmağı ilə fəxr etdiyini bildirir və “Milli Hərəkat” hakimiyyəti dövründə guya çoxlu səhvlərin edildiyini iddia edənlərlə razılaşmadığını vurğulayır. Onun sözlərinə görə, bu cür yanaşmalar əsasən təbliğat və avtoritar mühitin nəticəsidir.
“Şəxsən mən özümü milli hərəkatçı kimi qəbul etməyimlə fəxr edirəm. Başqaları üçün necədir bilmirəm, amma mən fəxr edirəm. Milli hərəkatçı olmaq ‘kvots’ olmaqdan daha alçaldıcıdırmı? Bu, sadəcə diktaturanın nəticəsidir. Təbliğat və diktaturadan başqa bunun üçün obyektiv səbəb yoxdur. Milli hərəkatın özü də deyir ki, guya çox səhvlər olub – burada əsas məsələ bunu kimin deməsidir. Mən bunu demirəm. Mən qəti şəkildə inanıram ki, başqa cür heç yerdə nəticə əldə etmək mümkün deyildi. Açıq deyim ki, hansı minuslardan danışıldığını bilmirəm”, – deyə Baço Axalaia videoda qeyd edir.


