01 
Mar
2026
12:04
228

Tbilisidə azyaşlı şəxs ağır xəsarət yetirməkdə ittiham olunaraq saxlanılıb

Tbilisi Polis Departamentinin Yetkinlik Yaşına Çatmayanlarla İş üzrə Baş İdarəsinin əməkdaşları sağlamlığa qəsdən ağır zərər vurma ittihamı ilə 2011-ci il təvəllüdlü N.M.-ni saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib. 

Nazirliyin açıqlamasında bildirilir ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 1-ci hissəsi ilə istintaq aparılır. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Temka yaşayış massivində yerləşən parkda əvvəl mövcud olmuş münaqişə zəminində 2008-ci il təvəllüdlü M.Ç.-yə şüşə parçası ilə üz nahiyəsindən ağır xəsarətlər yetirib və hadisə yerindən qaçıb.

Zərərçəkənə tibbi yardım göstərilməsi məqsədilə o, klinikaya yerləşdirilib.

Keçirilmiş operativ-axtarış və istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanları N.M.-ni təqsirləndirilən şəxs qismində saxlayıblar. İstintaq davam edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər