19 
Mar
2026
10:58
174

ABŞ Gürcüstan vətəndaşları üçün vizalarda depozit tələbi tətbiq edir

Gürcüstan ABŞ vizası üçün depozit (girov) tələbi tətbiq olunan ölkələr siyahısına daxil edilib.

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, martın 18-də Gürcüstan daha 11 ölkə ilə birlikdə (Kamboca, Efiopiya, Qrenada, Lesoto, Mavrikiy, Monqolustan, Mozambik, Nikaraqua, Papua-Yeni Qvineya, Seyşel adaları və Tunis) qısamüddətli vizalar üçün depozit ödəməli olan ölkələr siyahısına əlavə olunub.

Söhbət B1 (biznes) və B2 (turizm və tibbi müalicə) tipli vizalardan gedir. Vizaya müraciət edən şəxslərdən 5 000, 10 000 və ya 15 000 ABŞ dollarınadək depozit tələb oluna bilər. Məbləğ konsulluq müsahibəsi zamanı müəyyən ediləcək.

Qeyd olunur ki, depozitin ödənilməsi vizanın verilməsinə zəmanət vermir.

ABŞ Dövlət Departamentinin məlumatına əsasən, bu proqramın məqsədi ABŞ-da qalma müddətini aşan və ölkədə qeyri-qanuni qalan şəxslərin sayını azaltmaqdır.

Gürcüstan və daha 11 ölkənin əlavə olunması ilə “yüksək riskli” ölkələrin sayı təxminən 50-yə çatıb.

Qərar 2 aprel tarixindən qüvvəyə minəcək.

Qeyd edək ki, bu siyahıya daha əvvəl Əlcəzair, Anqola, Antiqua və Barbuda, Banqladeş, Benin, Butan, Botsvana, Burundi, Kabo-Verde, Mərkəzi Afrika Respublikası, Kot-d’İvuar, Kuba, Cibuti, Dominika, Fici, Qabon, Qambiya, Qvineya, Qvineya-Bisau, Qırğızıstan, Malavi, Mavritaniya, Namibiya, Nepal, Nigeriya, San-Tome və Prinsipi, Seneqal, Tacikistan, Tanzaniya, Toqo, Tonqa, Türkmənistan, Tuvalu, Uqanda, Vanuatu, Venesuela, Zambiya və Zimbabve daxil idi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər