05 
Apr
2026
12:44
250

Rustavidə narkotik cinayəti: xüsusilə külli miqdarda “alfa-PVP” aşkarlandı

Rustavi şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı bir nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Kvemo Kartli Polis Departamentinin əməkdaşları 1994-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş V.Q.-nı xüsusilə külli miqdarda narkotik vasitəni dəfələrlə qanunsuz əldə etmə, saxlama, istifadə və satışına şərait yaratmaq ittihamı ilə Rustavidə saxlayıblar.

Hüquq-mühafizə orqanlarının keçirdiyi şəxsi axtarış zamanı, eləcə də istintaq eksperimenti çərçivəsində şübhəlinin göstərdiyi yerlərdən satış məqsədilə qablaşdırılmış xüsusilə külli miqdarda “alfa-PVP” narkotik maddəsi aşkar edilərək götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 260-cı prim və 273-cü maddələri ilə istintaq aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın