11 
Apr
2026
15:47
988

Marneulidə xəstəxanada qarşıdurma baş verdi - Ağır yaralı var

Marneulidə yerləşən Geo Hospitals Marneuli xəstəxanasında insident baş verib.

InterPress.ge xəbər verir ki, hadisə xəstə ziyarəti ilə bağlı yaranan mübahisə zamanı baş verib.

Şahidlərin sözlərinə görə, bir neçə nəfər ziyarətçi xəstəxanaya daxil olmaq istəyib. Mühafizə əməkdaşı isə qaydalara əsasən yalnız bir və ya iki nəfərin içəri buraxıla biləcəyini bildirib.

Bu zaman tərəflər arasında mübahisə yaranıb və qarşıdurma fiziki insidentə çevrilib. Nəticədə mühafizəçi dəmir alətlə vurulub.

Hadisə zamanı 63 yaşlı Qərənzadə Ələddin baş nahiyəsindən ağır xəsarət alıb.

Əldə edilən məlumata görə, yaralının vəziyyəti ağırdır və onun Tbilisiyə köçürülməsi planlaşdırılır.

Hadisə yerinə kriminal polis və ekspertiza əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın