17 
Apr
2026
13:00
213

Marneulid və Qardabanidə oğurluq edən 4 nəfər saxlanıldı 

Kvemo Kartli bölgəsində oğurluq faktları üzrə keçirilən əməliyyat nəticəsində 4 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Qardabani və Marneuli rayon idarələrinin əməkdaşları əvvəlcədən əlbir olan qrup tərəfindən törədilən və külli miqdarda ziyanla nəticələnən oğurluq faktı üzrə 2007-ci il təvəllüdlü İ.İ., 2006-cı il təvəllüdlü L.Q., 2007-ci il təvəllüdlü E.A. və 2006-cı il təvəllüdlü A.M.-ni saxlayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda Qardabani və Marneuli bələdiyyələri ərazisində sürətli ödəniş terminallarını oğurlayaraq təxminən 10 000 lari məbləğində pul mənimsəyiblər.

Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən istintaq tədbirləri nəticəsində şübhəlilər hadisədən qısa müddət sonra saxlanılıb.

Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci və 3-cü hissələri ilə aparılır ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın