18 
Iyl
2026
16:26
238

Marneulidə atasını öldürən şəxs saxlanıldı - VİDEO

Marneulidə ailə üzvünü ağırlaşdırıcı halda qəsdən öldürməkdə təqsirləndirilən bir nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs məişət zəminində baş verən mübahisə zamanı soyuq silahla atasına ölümcül xəsarətlər yetirib və hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi cinayəti törətdikdən bir neçə saat sonra Sarpi sərhəd-keçid məntəqəsində, ölkəni tərk etməyə cəhd göstərərkən saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11¹, 109-cu maddəsi (ailə üzvünü ağırlaşdırıcı hallarda qəsdən öldürmə) ilə istintaq aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın