13 
Sen
2026
11:03
140

Tbilisidə külli miqdarda narkotik və döyüş sursatı ilə bağlı iki nəfər saxlanılıb

Gürcüstanda döyüş sursatının və xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması, satışına yardım göstərilməsi, həmçinin narkotik tərkibli bitkinin qanunsuz becərilməsi ittihamı ilə iki nəfər müxtəlif vaxtlarda saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları həyata keçirilən istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin üzərində və yaşadıqları mənzillərdə axtarış aparıblar.

Axtarış zamanı xüsusilə külli miqdarda “alfa-PVP”, “çətənə bitkisi” və “qurudulmuş marixuana” aşkar edilərək götürülüb. Saxlanılan şəxslərdən birindən, həmçinin, odlu silah üçün nəzərdə tutulmuş patronlar götürülüb.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qablaşdırılması üçün istifadə olunan materiallar da aşkar edilərək götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 260-cı prim, 265-ci prim və 236-cı maddələri ilə istintaq aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın