Yeniyetmə şahmatçılar Tbilisidə keçirilən yarışda uğur qazanıblar
12-13 sentyabr 2026-cı il tarixlərində “Tea House”, “OXU Təhsil Mərkəzi” və “SARAL İnkişaf və Təhsil Mərkəzi”nin 11 nəfərdən ibarət yeniyetmə şahmatçılarından ibarət heyəti Tbilisidə keçirilən dərəcə yarışlarında iştirak edib.
InterPress.ge xəbər verir ki, yarış “İnkişaf və Təhsil Mərkəzi”nin təşkilatçılığı ilə “Gürcüstan Şahmat Federasiyası”nın dərəcə yarışları çərçivəsində keçirilib.
Yarışda “SARAL İnkişaf və Təhsil Mərkəzi”nin üzvləri Amin Yusubov və Həcər Yusubova V dərəcənin ilk pilləsini uğurla tamamlayıblar.
“OXU Təhsil Mərkəzi”nin yetirməsi Əli Aslanov isə V dərəcə üzrə I yerə layiq görülərək IV dərəcə uğrunda mübarizə aparmaq hüququ qazanıb.
“Tea House”un yetirməsi Rafael Bayramov isə II dərəcə uğrunda keçirilən yarışda III yerə layiq görülüb.
Qeyd edək ki, yeniyetmə şahmatçılar yarışda Qasım Əliyev, Tacir Allahverdiyev və Emil Allahverdiyevin məşqçiliyi altında çıxış ediblər.


