17 
Sen
2026
11:13
188

9 avtomobili və gözəllik salonunu qarət edən yeniyetmə saxlanılıb

Axaltsixedə oğurluq etməkdə təqsirləndirilən, əvvəllər dəfələrlə məhkum olunmuş və hazırda şərti cəza çəkən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Axaltsixedə 9 avtomobili və bir gözəllik salonunu qarət edib. Bundan əlavə, bir nəqliyyat vasitəsini qanunsuz olaraq ələ keçirərək hadisə yerindən qaçıb.

“Polis həyata keçirdiyi əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxsi isti izlərlə təqsirləndirilən şəxs qismində saxlayıb. Oğurlanmış avtomobil maddi sübut kimi götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü hissəsi ilə aparılır. Sözügedən maddə 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur”, – deyə məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın