18 
Sen
2026
15:52
129

Marneulidə də uşaq bağçasında uşaqların kütləvi intoksikasiyası barədə məlumat yayılıb

Marneulidə 3 saylı dövlət uşaq bağçasında uşaqların kütləvi şəkildə intoksikasiya olması barədə məlumat yayılıb. Valideynlərdən birinin sözlərinə görə, hadisə iki gün əvvəl bağçanın qruplarından birində baş verib.

InterPress.ge xəbər verir ki, bu barədə “Mtavari”yə danışan valideyn bildirib.

Onun sözlərinə görə, uşaqlarda qusma və qarın ağrısı müşahidə olunub və bəzi uşaqlara venadaxili müalicə (“sistem”) tətbiq edilməsi lazım gəlib.

Valideynin məlumatına görə, təxminən 10-12 uşaq intoksikasiya olub.

Qeyd edək ki, bundan əvvəl Tbilisidə bir neçə dövlət uşaq bağçasında uşaqların kütləvi intoksikasiyası barədə valideynlər məlumat yayıblar. Onların sözlərinə görə, gecə saatlarında uşaqlar qusma və qarın ağrısı şikayətləri ilə xəstəxanalara yerləşdirilib.

Valideynlərin bildirdiyinə görə, bir neçə bağça bu gün səhər saatlarından etibarən bağlanıb. Uşaqların ehtimal olunan zəhərlənməsinə nəyin səbəb olduğu hələ məlum deyil. Valideynlərin məlumatına əsasən, 20-dən çox uşaq intoksikasiya olub.

Uşaqların müxtəlif xəstəxanalara aparıldığı bağçalar arasında Tbilisinin 109, 124, 46, 121, 79, 22 və 59 saylı uşaq bağçalarının olduğu bildirilir.

Bu məlumatların yayılmasından sonra Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti açıqlama yayıb. Qurum uşaq bağçalarında intoksikasiya faktı ilə bağlı araşdırmaya başlayıb.

İstintaq Xidmətinin yaydığı məlumatda bildirilir ki, “Tbilisidə yerləşən 20 uşaq bağçasında 55 uşağında və 1 tərbiyəçidə intoksikasiya əlamətləri müşahidə olunur”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər