22 
Sen
2026
10:50
44

Gürcüstandan son günlərdə 83 xarici ölkə vətəndaşı deportasiya edilib

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, son günlər ərzində 83 xarici ölkə vətəndaşı Gürcüstandan deportasiya edilib.

InterPress.ge xəbər verir ki, deportasiya edilən şəxslərə Gürcüstana giriş qadağası da qoyulub.

“Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə koordinasiyalı şəkildə son günlər ərzində 83 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər.

Miqrasiya Departamenti tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində Azərbaycan, Türkmənistan, Türkiyə, Rusiya, Efiopiya, Misir, İraq, Hindistan, Burundi, Pakistan, Keniya, Bolqarıstan, Banqladeş, İordaniya, Nigeriya, Ermənistan, Özbəkistan, Çin və digər ölkələrin ümumilikdə 83 vətəndaşı ölkədən deportasiya edilib.

Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişinə qadağa qoyulub.

Daxili İşlər Nazirliyi ölkədə qanunsuz miqrasiyaya qarşı mübarizəni intensiv rejimdə davam etdirir. Son statistik məlumatlara görə, yalnız cari il ərzində Miqrasiya Departamentinin əməkdaşları tərəfindən artıq 3 mindən çox şəxs ölkədən deportasiya edilib”, – məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın