22 
Sen
2026
10:53
162

Oğurluq və qarətə görə 6 yetkinlik yaşına çatmayan şəxs saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə Baş İdarəsinin əməkdaşları əvvəlcədən razılaşmış qrup halında törədilmiş oğurluq, qarət və qarətə cəhd ittihamları ilə 6 yetkinlik yaşına çatmayan şəxsi saxlayıb. Onlardan 3-nün əvvəllər məhkum olunduğu bildirilir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, yetkinlik yaşına çatmayan şəxslər müxtəlif vaxtlarda qanunsuz yolla mənimsəmək məqsədilə Tbilisidə yerləşən aptek və ərzaq mağazalarından müxtəlif dəyərdə məhsullar və pul vəsaitləri oğurlayaraq hadisə yerindən qaçıblar.

“İstintaq çərçivəsində ticarət obyektlərində quraşdırılmış müşahidə kameralarının görüntüləri əldə edilib və həmin görüntülər təqsirləndirilən şəxslərin cinayət əməllərini təsdiqləyir.

Müəyyən edilib ki, yetkinlik yaşına çatmayanlardan biri vətəndaşa məxsus motosikleti, digəri isə mikroavtobusu oğurlayıb. Saxlanılan yeniyetmələrdən biri isə xarici ölkə vətəndaşına hücum edərək ona məxsus mobil telefonu qanunsuz şəkildə ələ keçirib.

Yetkinlik yaşına çatmayanların törətdiyi cinayət əməlləri nəticəsində müxtəlif təyinatlı ticarət obyektlərinə və fiziki şəxslərə ümumilikdə 30 min laridən çox maddi ziyan dəyib.

Polis tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 6 yetkinlik yaşına çatmayan şəxsin hamısı məhkəmə qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlanılıb”, – deyə məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın