26 
Fev
2020
10:53
1352

Gürcüstanda Azərbaycan vətəndaşı koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Hazırda Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasının izolyasiya edilmiş palatalarında koronavirusun mümkün simptomları ilə 10 nəfər nəzarətdə saxlanılır.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın İctimai televiziya kanalına xəstəxanadan məlumat verilib.

Bildirilib ki, həmin şəxslər Gürcüstan, Azərbaycan, Çin və İran vətəndaşlarıdır. Məlumata görə onlardan analiz götürülərək, Luqar laboratoriyasına göndərilib və nəticələr günorta saatlarında açıqlanacaq.

Bizimlə əlaqə saxlayın