19 
Okt
2020
19:09
476

Meşveliani: "Heç bir təxribatçı qüvvə cəmiyyətimizin üzvlərini parçalaya bilməyəcək"

"Heç bir təxribatçı qüvvə cəmiyyətimizin üzvlərini parçalaya bilməyəcək".

InterPress.ge xəbər verir ki, bu barədə Qoqi Meşveliani qeyd edib.

Bolnisi, Dmanisi, Tetricğaro və Çalkadakı Gürcü Arzusunun majoritar namizədi Qoqi Meşveliani, Bolnisi bələdiyyəsinin Naxiduri kəndinin əhalisi ilə görüş keçirib.

Meşvelianinin sözlərinə görə, bugünkü iclas xüsusi əhəmiyyət kəsb edir, çünki üç həftə əvvəl bu kənddə Gürcü Arzusu fəallarına qarşı təxribat baş vermişdi. Hadisə zamanı onlardan ikisi fiziki xəsarət almışdı.

"Yerli icmanın bu təxribata uymamasına sevinirik, münasibətləri tamamilə adekvatdır. Çoxmillətli cəmiyyətimizi parçalamaq istəyən təxribatın məzmunu bəlli idi. Heç bir təxribatçı qüvvə cəmiyyətimizi parçalaya bilməz “ –dedi Qoqi Meşveliani.

Bizimlə əlaqə saxlayın