02 
Dek
2020
11:55
742

Kaladze parlament seçkilərində iştirak edən partiyalara müraciət etdi

“Bütün siyasi partiyaları təşviqat materiallarını yığışdırmaq və şəhərdə hər şeyi qaydasına salmaq üçün mümkün olan hər şeyi etməyə çağırıram”.

InterPress.ge xəbər verir ki, bu barədə paytaxt meri Kaxa Kaladze Tbilisi hökumət iclasında deyib.

Kaxa Kaladzenin qeyd etdiyinə görə, parlament seçkiləri bitdi və seçki qanunvericiliyinə görə, seçki subyektləri son seçki nəticələrinin rəsmi dərcindən sonra 15 gün ərzində təşviqat materialının çıxarılmasını təmin etməlidir, bunlar afişalar və müxtəlif təşviqat materiallarıdır.

“Bütün siyasi partiyalardan bu təşviqat materiallarını yığışdırmaq və şəhərdə hər şeyi qaydasına salmaq üçün mümkün olan hər şeyi etmələrini xahiş edirəm. Bu materialları divarlarda qoymamaq çox vacibdir, çünki şəhər üçün görünüş baxımından ciddi bir problemdir. Ümid edirəm ki, bütün siyasi partiyalar düzgün qərar verəcək və bu plakatları mümkün qədər tez qaldıracaqlar, əks halda cərimə 1000 lari olacaq. Bələdiyyə müfəttişliyinə diqqətli olmağı tapşırmaq istəyirəm. Heçkimi cərimələmək arzumuz yoxdur, amma son nəticələr bildirilənə kimi paytaxtda hər şeyin qaydasında olmasını təmin etmək üçün mümkün olan hər şeyi etməyə çağırıram”,- dedi Kaxa Kaladze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər