Hindistanda mənşəyi bilinməyən xəstəlikdən 300-dən çox insan xəstəxanaya yerləşdirilib
Hindistanın cənub-qərbində mənşəyi bilinməyən xəstəlik səbəbindən 300-dən çox insan xəstəxanaya yerləşdirilib.
InterPress.ge CNN-ə istinadən xəbər verir ki, bu barədə yerli rəsmilər məlumat verib.
Məlumata görə, bir nəfər bu xəstəlikdən vəfat edib.
CNN-in məlumatına görə, Hindistanın Andhra Pradeş ştatının, Elur şəhər xəstəxanasındakı xəstələr, həftə sonu onlarda müəyyən simpromların müşayət olunduğunu bildiriblər: ürək getməsi, huşunu itirmə qusma və s.
Bütün bunlarla birlikdə Hindistan koronavirusa yoluxanların sayına görə dünyada ikinci yerdədir. Andhra Pradeş əyaləti ən çox təsirlənən bölgələrdən biridir və orada təsdiqlənmiş yoluxma sayı 800 mini ötüb.
Məlumatda bildirilir ki, həftə sonu müşahidə edilən kütləvi xəstəxanaya yerləşdirilmənin səbəbi Kovid-19 deyilmiş.
"Bütün xəstələrin Kovi-19 testi mənfidir",- deyə bildirib bölgə müdiri Dola Goş Roy. O, 180 nəfərin artıq xəstəxanadan çıxdığını və digərlərinin vəziyyətinin stabil olduğunu söyləyib.
Onun sözlərinə görə, oxşar simptomları mərhumda da müşahidə olunurdu, lakin sonra onda ürək tutması müşahidə edilib.
Andhra Pradeş Dövlət Səhiyyə Departamentindən edilən açıqlamada, ilkin qan testlərində virus infeksiya əlamətləri göstərilmədiyi bildirilib. Məsələn, denqe qızdırması və ya ç ikunqunia; Hər iki infeksiyaya ağcaqanad sancması səbəb olur.
Artıq səlahiyyətlilər Elur şəhərindəki su nümunələrini yoxlayır, çünki məlumata əsasən, bütün xəstələrə eyni su anbarından su verilir. Nümunələr 75 860 evdən toplanaraq laboratoriyaya göndərilib.
"Səbəb hələ bilinmir, ancaq yemək və süd də daxil olmaqla hər cür testlər götürürük",- deyə bildirib Roy.
Hindistan tibb elmləri institutlarının demək olar ki, hər birinin mütəxəssisləri əlavə nörotoksik testlər üçün Eluru şəhərinə gəliblər, lakin nəticələr hələ məlum deyil.


