15 
Dek
2020
17:08
592

İmnadze: "Yaxın günlərdə koronavirusdən ölənlərin sayı artacaq, ancaq faiz olaraq eyni qalacaq"

"Yaxın günlərdə koronavirusdən ölənlərin sayı artacaq, ancaq faiz olaraq eyni qalacaq. Bunun səbəbi, son iki həftə ərzində gündə 4-5 min yoluxmanın qeydə alınması və yoluxmuş xəstələrin təxminən iki həftədən sonra ağırlaşmasıdır".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzi rəhbərinin müavini Paata Imnadze bildirib.

"Ölüm və faizdən danışmaq çox kədər vericidir, amma bu reallıqdır, gündə 1000 xəstəmiz olduğu zaman, iki həftədən sonra müəyyən hissəsi ağırlaşırdı və ölümlə nəticələnirdi, sonra gündə 2000 xəstəmiz olurdu. Ancaq əvvəlki iki həftədə gündə 4-5 min xəstəmiz var idi.

Xoşbəxtlikdən, məlumatlar faiz nisbətində eyni olaraq qalır, xəstələrimiz nə qədər az olsa, itkilərimiz o qədər az olacaqdır. Çoxluq asan keçirəcək, bəziləri çətin keçirəcək və 1%-i ölümlə nəticələnəcək",- dedi İmandze.

Bizimlə əlaqə saxlayın