
DİN azyaşlının qaçırılması ilə əlaqədar üç nəfəri saxlayıb -VİDEO
Daxili İşlər Nazirliyinin Kaxeti Polis Şöbəsinin əməkdaşları, yetkinlik yaşına çatmayan qızın qanunsuz olaraq azadlıqdan məhrum etmə faktı ilə əlaqədar üç nəfəri: 1999-cu il təvəllüdlü A.A, 1991-ci il təvəllüdlü R.O, və 1995-ci il təvəllüdlü A.A-nı saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayır.
"İstintaq bu il dekabrın 21-də Lagodexi Bələdiyyəsinin Qaracalar kəndində evlənmək məqsədi ilə A.A-nın eyni kənddə yaşayan 2004-cü il təvəllüdlü F.A.-nı qanunsuz olaraq azadlıqdan məhtum etdiyini müəyyənləşdirdi.
Bir neçə gün davam edən intensiv əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində polis qaçırılan yetkinlik yaşına çatmayan uşağın yerini müəyyənləşdirdi.
Hadisə Gürcüstan Cinayət Məcəlləsininin ilkin razılığa əsasən, qrup halında azyaşlının azadlıqdan məhrum edilməsini nəzərdə tutan, 143-cü maddəsinin 3-cü hissəsinin "a" və "d" bəndləri ilə araşdırılır.
Cinayətdə 7 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulur" ,- deyilir məlumatda.