
Tbilisidə 863, Acarıstanda 97, İmeretidə 259 yeni koronavirus halı aşkar edildi
"Son 24 saat ərzində 1 881 yeni təsdiqlənmiş virus halı aşkarlanıb".
InterPress.ge xəbər verir ki, bu barədə İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Heyəti Sədrinin müavini Berdia Sichinava Hökümət İdarəsində keçirdiyi brifinqdə deyib.
O, koronavirusla bağlı 25 dekabr tarixinə olan son statistikadan bəhs edib.
Berdia Sichinavanın verdiyi məlumata görə, intensiv testlərin bir hissəsi olaraq, son 24 saat ərzində ölkə daxilində 13 655 test, o cümlədən antigen testləri ilə 6 747 və PISAR testləri 6 908 tədqiqat aparılıb.
“Testlər nəticəsində son 24 saat ərzində 1 881 yeni təsdiqlənmiş virus halı aşkar edildi və ölkədə Kovid-19 pandemiyasının yayılmasından bəri aşkar olunan təsdiqlənmiş halların ümumi sayı 218 724-dir.
Son 24 saat ərzində 1 515 nəfər virusdan sağaldı və sağalmış insanların ümumi sayı 196 220 nəfərə yüksəldi.
Təəssüf ki, son 24 saat ərzində koronavirusdən 37 yeni ölümü halı qeydə alındı. Pandemiya yayıldıqdan sonra ümumilikdə 2 313 nəfər virusdan ölüb.
Bu gün ölkədə aşkarlanan 1 881 yeni infeksiya halından paytaxt və bölgələr üzrə göstəricilər belədir: Tbilisi- 863, Acarıstan - 97, İmereti - 259, Kvemo Kartli - 168, Şida Kartli - 145, Quria - 35, Sameqrelo - Zemo Svaneti - 112, Kaxeti - 108, Mçxeta-Mtianeti - 54, Samçxe-Cavaxeti - 29, Raca-Leçxumi və Kvemo Svaneti - 11",- dedi Berdia Sichinava.