05 
Yan
2021
11:17
1345

Gürcüstanda yenidən koronavirusa yüzlərlə yoluxma qeydə alındı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 2 316 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 232 079 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 382 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 222 787 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 18 nəfər ölüb və ölənlərin ümumi sayı 2 646 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 14 514 test aparılmışdır. Bunlardan 9 300-ü sürətli antigen testi, 5 211-i isə PCR testidir.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər