05 
Yan
2021
12:23
2385

2021-ci ildən tədris yenidən onlayn rejimdə davam edəcək

2021-ci ildən tədris yenidən onlayn rejimdə davam edəcək.

InterPress.ge xəbər verir ki, bu səbəbdən Rabitə Komissiyası onlayn təhsil müddətində şagird və müəllimlər üçün internet tarifini tənzimləməyə qərar verib.

Buna görə, 2020-2021 tədris ilində komissiyanın qərarına əsasən şirkətlər - "Magti", "Geocell" ("Silknet") və "Beeline" ("Veon Georgia") 30 gün müddətinə məktəb şagirdlərinə və müəllimlərinə, 20 GB interneti 10 GEL-ə təklif edə bilərlər.

Mövcud tariflər, Magti və Geocell abunəçiləri üçün 20 GB 30 GEL təşkil edir, Beelinenin bənzər paketi yoxdur, lakin 10 GB (limitsiz gecə interneti) 17 GEL-dir.

Rabitə Komissiyasının 31 dekabr 2020-ci il iclasında bu paketi əhatə edəcək abunəçilərin Təhsil Nazirliyi tərəfindən müəyyən ediləcəyi də məlum olub. Müəllimlərin və şagirdlərin endirimli qiymətdən nə vaxt istifadə edə biləcəyi hələ məlum deyil.

Bizimlə əlaqə saxlayın