24 
Yan
2021
18:25
4122

Lilo Mall ticarət mərkəzinin baş direktoru ticarət mərkəzinin açılması ilə bağlı açıqlama verdi

"Hökumətin məhdudiyyətlərlə bağlı qərarı ədalətsizdir, çünki açıq sahələr açılmır, hansı ki, digər ticarət sahələrindən daha təhlükəsizdir".

InterPress.ge xəbər verir ki, bu barədə Lilo Mall-un baş direktoru Qiorqi Kvaraçxelia bildirib.

"Ərazi bağlıdır və kimin nəyə etiraz etdiyini biz idarə edə bilməyəcəyik. Mövqe odur ki, həqiqətən də ədalətsiz qərardır, üç dəfə razılaşdıq və üçündə də aldadıldıq, bu insanlar özlərini məzlum və ayrı-seçkilikdə hiss edirlər. Biz bu vəziyyətə nəzarət edə bilmirik, hamımız birlikdə açılsaq və ya açılmasaq problem yox idi. Bu qədər vaxt biz həmişə vəziyyətə nəzarət edirdik və indi bu xalq faktiki olaraq, hər şeydən kənarda qaldılar. Doğurdanda bir hissəsinin, açıq sahənin açılmaması ədalətsizlikdir, hansı ki, digər ticarət obyektlərindən daha təhlükəsizdir", - Lilo Mall-un baş direktoru Qiorqi Kvaraçxelia dedi.

Lilo Mall ticarətçiləri işlərini davam etdirmə haqqını tələb edirlər. Onların bildirdiklərinə görə, əks halda mağazalar özbaşına 1 fevraldan fəaliyyətə başlayacaqlar.

Bizimlə əlaqə saxlayın