25 
Yan
2021
16:44
1019

70 gündən çoxdur ki, ictimai nəqliyyatsız qalan Qullar-Qırxılı kənd sakinləri...

Marneuli rayonunun Qullar-Qırxlı kəndinin ictimayyi nəqliyyatı 70 gündən çoxdur ki, işləmir.

InterPress.ge-nin məlumatına görə, ictimayyi nəqliyyatının olmaması əhaliyə problem yaradıb.

Kənt sakinlərinin sözlərinə əasən, bir çoxlarının şəxsi avtomobili olmadığına görə, evə ərzaq və dərman almaq üçün çətinlik çəkir və kəntdən kənara çıxa bilmirlər. Onlar eyni zamanda qeyd edirlər ki, kəndin rayona gedib-gələn şəxsi mikroavtobusunun olmasına baxmayaraq nəqliyyatın sahibi münasibəti pis olduğu insanları ictimayyi nəqliyyatına qəbul etmir. Onun ictimayyi nəqliyyata qəbul etməməsinin digər səbəbi isə sakinlərin hər zaman bələdiyyə nəqliyyatından istifadə etmələridir.

Məsələ ilə bağlı biz avtoparkın rəyisi Qiriqol Jalaqoniya ilə əlaqə saxladıq və o, bizə bildirdi ki, ictimayyi nəqliyyat sıradan çıxdığı üçün təmir olunasıdır. O, eyni zamanda ictimayyi nəqliyyatın nə vaxt təmir olunacağını və fəaliyyətinin nə vaxt bərpa olunacağını bilmədiyi qeyd etdi.

Sözü gedən problemlə bağlı InterPress.ge-nin əməktaşı merin müavini Laşa Lobjanidze ilə əlaqə saxladı. Telofana cavab verən merin müavini sualımızı dinləmədən sizinlə əlaqə saxlayacam deyə qeyd etdi. Lakin geri dönüş olmadı. Növbəti dəfə zəng etdikdə zəngimizə cavab verən mer müavini L. Lobjanidze məsələyi aydınlaşdırıb bizimlə əlaqə saxlayacağını dedi. Bu dəfə də heç bir geri dönüş olmadı. Artıq iki gündən çoxdur ki, əlaqə saxlamağa çalışsaqda bizim zənglərimizə cavab vermir.

Bizimlə əlaqə saxlayın