.jpg)
Parlament yeni qanun qəbul etdi
Gürcüstan parlamenti plenar iclasda Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı nazirliyi tərəfindən hazırlanmış "Ətraf mühitə məsuliyyət haqqında" qanunlayihəni təsdiqlədi.
İnterPress.ge xəbər verir ki, bu barədə məlumatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirliyi yayır.
Qanunlayihənin məqsədi ətraf mühitə dəyən ziyanın "çirkləndirən ödəsin" prinsipinə uyğun olaraq hüquqi yolla həll edilməsidir.
"Ətraf mühitə məsuliyyəti haqqında" qanuna görə, müəssisənin fəaliyyəti nəticəsində ətraf mühitə ciddi ziyan dəyərsə, müəssisə zərərin aradan qaldırılması üçün tədbirlər görməlidir. Zərərin aradan qaldırılması tədbirləri ilk növbədə ziyan dəymiş ətraf mühitin əvvəlki vəziyyəti kimi və ya normala yaxın vəziyyətinə gətirilməsinə yönəldiləcək. Bütün lazımi tədbirlər şirkət üçün rəhbər sənəd olaraq həlledici tədbirlər planında qeyd ediləcək.
Müəssisələr fəaliyyətə başlamazdan əvvəl maliyyə zəmanətlərini / mənbələrini səfərbər edəcəklər, beləliklə fəaliyyət nəticəsində ətraf mühitə ziyan dəyəcəyi təqdirdə qısa müddətdə aradan qaldırmaq üçün kifayət qədər vəsaitə sahib olacaqlar. Pul təzminatı nəticəsində ödənilən məbləğlər xüsusi olaraq yaradılmış "Ətraf mühitə zərər fondu"na yönəldiləcək.
Bənzər fondlar artıq AB ölkələrində var və uğurla fəaliyyət göstərir. Gürcüstan Şərq tərəfdaşlığı ölkələri arasında belə bir fond yaradan ilk ölkədir. Fonda toplanan vəsait, ölkə daxilində ziyana uğramış ərazilərin bərpasına, ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasına və müvafiq tədbirlərin planlaşdırılmasına və həyata keçirilməsinə sərf ediləcək.
"Ətraf mühitin məsuliyyəti haqqında" qanuna əsasən, qanunvericilik dəyişikliklərinin bir hissəsi, o cümlədən Gürcüstanın "Havanın Mühafizəsi Qanunu"na edilən dəyişikliklər cari ildə və "Ətraf Mühitin Mühafizəsi Qanunu"nun bir hissəsi 2022-ci il tarixdən qüvvəyə minəcək.