Dünyada koronavirusdan ölənlərin sayı 14 mini keçib
Dünyada koronavirusa yoluxanların sayı ümumilikdə 332 930 nəfərə çatıb, 14 510 nəfər isə bu virusun qurbanına çevrilib.
InterPress.ge “TASS”-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik bülletenində qeyd olunub.
Statistikaya görə, yoluxmuşların sayı gün ərzində 40 mindən çox artaraq 332 930-a, ölüm hallarının sayı isə 1727 nəfər artaraq 14 510-a çatıb. Ən çox yoluxma və ölüm Avropa bölgəsində qeydə alınıb - müvafiq olaraq 171 424 yoluxma və 8743 ölüm halı.
İkinci yerdə Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Qərbi Sakit Okean bölgəsi yer alır. Martın 23-nə olan məlumata görə, burada 95 637 yoluxma və 3473 ölüm hadisəsi qeydə alınıb.
Gün ərzində üç yeni ölkədə koronavirus aşkarlanıb.