Cereteli: "Mən ölkənin baş naziri İrakli Ğaribaşviliyə müraciət etməyəcəyəm, çünki mən onu gənclərə təzyiq edən şəxs hesab edirəm"
"Mən ölkənin baş naziri İrakli Ğaribaşviliyə müraciət etməyəcəyəm, çünki mən onu gənclərə təzyiq edən şəxs hesab edirəm. Murusudzenin məhkəməsinə də heç nə deməyəcəyəm".
InterPress.ge xəbər verir ki, bu barədə " Pirveli" teleşirkətinin təsisçisi Vato Cereteli fövqəladə brifinqdə qeyd etdi.
Bununla bərabər Cereteli diplomatlar korpusuna müdaxilə etmələri üçün müraciət etdi.
"Mən ölkənin baş naziri İrakli Ğaribaşviliyə müraciət etməyəcəyəm, çünki mən onu gənclərə təzyiq edən şəxs hesab edirəm. Murusudzenin məhkəməsinə də heç nə deməyəcəyəm. Hökumətin bütün qanun çərçivələrindən çıxdığını düşünürəm. Bu gün məhkəmə qərar verdi ki, istintaq telekanala güc tətbiq edərək daxil olub mövcud olmayan elektrik qurğunu götürə bilər. Mən buradan hökumətə səslənib deyirəm ki, sizin "Pirveli" kanalını çökdürməyiniz, bizim səsimizi eşitdirməməyə çalışmağınız istisnadır.
Mən diplomatlar korpusuna bu olayları dayandırmağa dair müraciət edirəm. Sizdən tez zamanda baş verənlərə müdaxilə etməyinizi tələb edirəm. Məhkəmə bu gün qərar qəbul etdi ki, istintaq məcburi şəkildə, güc tətbiq etməklə "Pirveli" kanalına daxil ola bilərlər. Bu Gürcü Arzusunun gündəlik qaydasıdır. Onların istəkləri "Pirveli" kanalının fəaliyyətinin dayandırılmasıdır"- Vato Cereteli.


